Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Bəylik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Saatlı şəhər sakini 1991-ci il təvəllüdlü Hüseynov Vüsal Mirəli oğlu idarə etdiyi 49-BF-564 dövlət nişanlı VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək Bəylik kənd sakini 1957-ci il təvəllüdlü Əliyeva Rahilə Babaş qızını vurub. Ağır xəsarətlər alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq keçinib. Faktla bağlı araşdırma aparılır.- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта