RU

“Bu rəqib məğlub olmağı sevmir” – Qurban Qurbanov

“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Rəqib bizə hər an gərginlik yarada bilərdi. 3:0 hesabı ilə qalib gəlməyimiz onlardan çox üstün olduğumuz anlamına gəlmir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şelburn” oyunu (3:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Bu hesabı yaddan çıxarıb, Bakıdakı cavab qarşılaşmasına hazırlaşacağıq. Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Rəqib komandaya qarşıdakı matçlarda uğurlar arzu edirəm”.

Q.Qurbanov cütün taleyinin həll olunmadığını bildirib:

“Dünən də bildirmişdim ki, bu rəqib məğlub olmağı sevmir. “Şelburn” meydanda nə etdiyini yaxşı dərk edən komandadır. Bakıdakı qarşılaşmada daha diqqətli olmağa çalışacağıq”.

Избранный
52
3
idmanxeber.az

3Источники