RU

Bakıda yol verməmək üstündə sürücünü bıçaqlayan şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Sərxan Sərxanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə bu il Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində qeydə alınıb.

 

Belə ki, Sərxan Sərxanov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə hərəkət edərkən “VAZ-21074” markalı avtomobilin sürücüsü, zərərçəkmiş Taryel Kərimovun (adı, soyadı şərtidir) maşınını saxladaraq irad bildirərək onunla söhbət etməyə başlayıb. Bu zaman hər iki şəxs arasında yol verməmək üstündə mübahisə başlayıb. Nəticədə Sərxan cib bıçağı ilə zərərçəkmiş şəxsin qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona bədən xəsarəti yetirib.

 

Hadisədən sonra Sərxan Sərxanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 24 İyul 2025, 08:46   
Избранный
112
4
pravda.az

5Источники