İçərisində 50 nəfər olan Rusiyaya məxsus sərnişin təyyarəsi yoxa çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, “An-24” sərnişin təyyarəsi ölkənin cənub-qərbindəki Amur vilayətində yoxa çıxıb.
Rusiya Hava Hərəkətini İdarəetmə Mərkəzi təyyarə ilə əlaqənin kəsildiyini açıqlayıb.