RU

Rusiyada göyərtəsində 46 nəfərin olduğu təyyarə "yoxa çıxdı"

Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
 
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
 
Məlumata görə, təyyarənin göyərtəsində 46 nəfər olub. "Anqara" aviaşirkətinə məxsus təyyarənin Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə uçduğu deyilib.
 
"Hazırda təyyarə, güman ki, marşrutun sonuncu aeroportundan bir neçə kilometr aralıdadır və əlaqəyə çıxmır", - deyə məlumatda bildirilib.
 
Избранный
108
1
moderator.az

3Источники