Azərbaycan İdman Akademiyasının (ASA) komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən tələbələr arasında Avropa Universitetləri futzal çempionatının yarımfinalına yüksəlib.
Offsideplus.az xəbər verir ki, həmyerlilərimiz 1/4 finalda Fransanın Paris Saclay Universitetinin futzalçılarını 5:4 hesabı ilə məğlub ediblər.
ASA yarımfinal matçını bu gün Kastilya La-Manş Universitetinin (İspaniya) komandasına qarşı keçirəcək.
Çempionata sabah yekun vurulacaq.
Qeyd edək ki, ASA Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibidir.
Komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.