"Milan" klubu "Yuventus"un hücumçusu Duşan Vlahoviçin transferi ilə bağlı danışıqlara başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, son saatlarda klublar arasında ilkin təmaslar baş tutub.
Serbiyalı futbolçu daha əvvəl "Milan"ın baş məşqçisi Massimiliano Alleqri ilə də əlaqə saxlayıb. Həm futbolçu, həm də klub bu keçidi reallaşdırmaqda maraqlıdır, lakin maliyyə məsələləri həlledici rol oynayacaq.
Xüsusilə, Vlahoviçin maaşının azaldılması müqabilində "Yuventus"un ona ödəyəcəyi kompensasiya məsələsi əsas müzakirə mövzularından biridir. Əgər futbolçu bu şərtlərlə razılaşarsa, klub mövcud müqaviləyə görə ona çatacaq 12 milyon avro məbləğindəki maaş ödənişini daha uzun müddətə yaymaq imkanını nəzərdən keçirə bilər.
Transferin ümumi dəyərinin minimum 18–20 milyon avro olacağı gözlənilir. Bu məbləğə əlavə bonusların da daxil edilə biləcəyi qeyd olunur.
Qeyd edək ki, 2023/24 mövsümündə Duşan Vlahoviç klub səviyyəsində 44 oyunda iştirak edib, 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, serb hücumçunun hazırkı bazar dəyəri 35 milyon avro təşkil edir.