RU

Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı - 49 nəfər... - YENİLƏNİB

Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.

Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.

"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

***

10:08

Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radardan itib, onunla əlaqə yoxdur.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində 43 sərnişin və 6 ekipaj üzvü var.

Избранный
103
5
modern.az

10Источники