RU

Qəzaya uğrayan An-24 təyyarəsi haqqında TƏFƏRRÜAT - Sağ qalan olmayıb

Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsi haqqında təfərrüatlar məlum olub. Təyyarə 50 il ərzində demək olar ki, bütün Rusiyanı dolaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS aviasiya xidmətlərindəki mənbəyə istinadla yazır.
 

MÖVZU İLƏ BAĞLI:

İtən An-24 təyyarəsinin yanan gövdəsi TAPILDI - VİDEO



“Təyyarə 1976-cı ildə Kiyev Aviasiya Zavodu – “Aviant”da istehsal olunub. Elə həmin il ilk uçuşunu həyata keçirib”, – məlumatda qeyd olunur.
 

Bildirilib ki, 2021-ci ildə bu təyyarənin uçuş yararlılığı sertifikatı 2036-cı ilə qədər uzadılıb. Təyyarə istismar müddətində bir neçə regional aviaşirkət tərəfindən istifadə olunub və demək olar ki, bütün Rusiya ərazisini dolaşıb.


An-24 təyyarəsi 24 iyul cümə axşamı günü Priamuryedə radarlardan itib. Axtarış-xilasetmə işləri zamanı təyyarə Tındadan 15 km aralıda, çətin keçilən dağlıq ərazidə aşkar edilib. Ehtimal olunur ki, sağ qalan olmayıb.

Təyyarənin göyərtəsində 43 sərnişin (onlardan beşi uşaq) və altı ekipaj üzvü olub. Təyyarə Blagoveşenskdən Tındaya uçurdu.

Bizim.Media

Избранный
76
39
bizim.media

10Источники