RU

Rusiya təyyarəsinin qəzaya uğradığı əraziyə 20-dən çox mütəxəssis GÖNDƏRİLİB

Amur vilayətində qəzaya uğramış An-24 sərnişin təyyarəsinin gövdəsi tapıldığı əraziyə 20-dən çox mütəxəssis göndərilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Regional Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

“Xilasedicilər hadisə yerinə doğru yola düşüblər. Hazırda əraziyə 25 nəfərdən ibarət qüvvə və beş texnika cəlb olunub. Bundan əlavə, dörd hava gəmisinin heyəti ilə birlikdə hazır vəziyyətdə olduğu bildirilir,” – deyə TASS məlumat yayıb.

Qeyd edək ki, Amur vilayətində radardan itən An-24 təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə təyyarənin göyərtəsində olan 49 nəfər həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Bizim.Media

Избранный
95
10
bizim.media

10Источники