RU

FT: Marko Rubio Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandırıb

ABŞ-ın dövlət katibi Marko Rubio prezident Donald Trampı Rusiya, Çin və İranla bağlı daha sərt xarici siyasət kursu götürməyə razı salıb. Bu barədə Financial Times nəşri Rubionun keçmiş köməkçisi və dostuna istinadən məlumat yayıb.

Senator olduğu dövrdə Rubio ABŞ-ın xarici yardım proqramlarının və qlobal diplomatik səylərinin tərəfdarı kimi çıxış edib. O, avtoritar rejimlərə qarşı mübarizə aparan dissidentlərin dəstəklənməsinin vacibliyini dəfələrlə vurğulayıb.

Bununla belə, dövlət katibi postuna keçdikdən sonra Rubio Trampın xarici siyasətdə daha təcridçi yanaşmasına uyğun mövqe sərgiləməyə başlayıb. O, xarici yardımların azaldılmasını dəstəkləyərək, ABŞ-ın beynəlxalq öhdəliklərinə yenidən baxılmasının vacibliyini qeyd edib.

//Samir Qurbanov, Editor.az

Избранный
75
editor.az

1Источники