RU

Rusiyada təyyarə qəzası ilə bağlı hökumət komissiyası yaradılıb 

Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində “An-24” təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək.

M.Mişustinin tapşırığı ilə Nikitin və “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.

“Rosaviasiya”nın məlumatlarına görə, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.

Избранный
101
1
bakivaxti.az

10Источники