RU

Polad boruların istehsalında artım var

Bu ilin yanvar-iyun aylarında ölkədə 78,4 min ton polad borular istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 46,3 faiz və ya 24,8 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 52,9 faiz və ya 4,6 min ton artım müşahidə olunub. İyun ayında 13,3 min ton polad borular istehsal edilib.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 2,4 min ton təşkil edib.

Избранный
75
1
vergiler.az

2Источники