Amur vilayətində qəzaya uğrayan An-24RV təyyarəsi 49 il 5 ay istismarda olub.
Publika.az xəbər verir ki, bu barədə “Telegram-kanal 112” məlumat yayıb.
Təyyarə 1976-cı ildə Kiyev "Aviant" zavodunda istehsal edilib. O, 2021-ci ildən "Anqara" aviaşirkətinə məxsus olub.
2018-ci ilin dekabr ayında təyyarə Bodaibo hava limanında işıqlandırma dirəyinə dəyərək zədələnib. 2021-ci ildə təyyarənin uçuşa yararlılıq sertifikatı uzadılıb.