RU

Kənd təsərrüfatı obyektlərinin tikintisinə rəylərin əhatə dairəsi müəyyən edilib

Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsinin müəyyən edilməsi haqqında” Fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Fərmana əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib:

- tikinti obyektinin torpaq sahəsində torpaqların keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsi və həmin torpaq sahəsində digər tikililər mövcud olduğu halda təmərküzləşmə prinsipinin nəzərə alınması;

- tikinti obyektinin bəyan edilən kənd təsərrüfatı fəaliyyəti üçün istifadəyə yararlılığının qiymətləndirilməsi.

Tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı zamanı hər bir tikinti obyektinin funksional təyinatı və xüsusiyyətləri nəzərə alınmaqla, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, rəy verməsi zəruri hesab edilən aidiyyəti qurumlara sorğu göndərilməsini təmin etməlidir.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Избранный
97
32
operativmm.az

10Источники