RU

Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər

Rusiyaya

Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qaçırılan uşaqlardan öz xalqına qarşı hərbi əməliyyatlarda istifadə edirlər. 2014-cü ildən bəri 35 mindən çox uşaq Ukraynadan zorla çıxarılıb, onların çoxu indi 18 yaşına çatıb və Rusiya ordusuna cəlb olunurlar.

Reyting.az
bildirir ki, məlumatı “Times” Ukrayna rəsmilərinə istinadla yayıb.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak deyib ki, Putinin məqsədi Ukraynanı gələcək nəsildən başlayaraq bir millət kimi məhv etməkdir.

Yermakın sözlərinə görə, Ukrayna hökumətinin əlində sənədli sübutlar, o cümlədən hərbi xidmətə çağırış vərəqələri, həmçinin döyüş meydanında həlak olan azyaşlılar haqqında məlumatlar var.

“Rusiya oğurlanmış ukraynalı uşaqlardan yeni əsgərlər yaratmaq istəyir - bu barbarlıq və psixoloji müharibənin bir formasıdır”,- deyə Yermak əlavə edib.

Yale Universitetinin Humanitar elmlərin tədqiqatı laboratoriyasından Nathaniel Raymond “Times”ə bildirib ki, onun komandası oğurlanmış uşaqların müharibəyə cəlbi ilə bağlı onlarla ifadəni araşdırır.

“Bunlar təcrid olunmuş hallar deyil. Biz İkinci Dünya müharibəsindən bəri ən böyük uşaq oğurluğu ilə üzləşirik. Üstəlik, bu, yenidən təhsil deyil, səfərbərlikdir”,- o deyib.

Ukraynalı uşaqların saxlanıldığı Krımdan tutmuş Rusiya Federasiyasının Sakit okean sahillərinə qədər ümumilikdə 116 müəssisə müəyyən edilib. Yeniyetmələr “yenidən tərbiyə düşərgələri”ni tərk etdikdən sonra kadet məktəblərinə göndərilir və orada silahla təlim keçirlər.

V. QULİYEV
Избранный
78
reyting.az

1Источники