"Gəncə" voleybol klubu heyətini yeni libero ilə gücləndirib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.
Gəncə təmsilçisi Çinarə Quliyeva ilə bir mövsümlük müqavilə imzalayıb.
Qeyd edək ki, voleybolçu daha əvvəl "Azərreyl" və "Murov Az Terminal" klublarında forma geyinib.