RU

Koronavirus qədər təhlükəlidir: 119 ölkədə yayıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun qlobal pandemiyaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ÜST-nin tropik xəstəliklər üzrə mütəxəssisi Diana Rojas Alvarez virusun artıq 119 ölkədə aşkar edildiyini bildirib.

Onun sözlərinə görə, sözügedən virus səbəbindən təqribən 5,6 milyard insan risk altındadır.

Ekspert qeyd edib ki, Madaqaskar, Somali və Keniya kimi digər ölkələrdə də yayılma davam edir. Həmçinin, Hindistan və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində də çoxsaylı hallar qeydə alınıb.

Избранный
117
3
publika.az

4Источники