RU

“Trampın paylaşımı həm siyasi siqnal, həm də ictimai diplomatiyanın incə nümunəsi kimi dəyərləndirilə bilər”- AÇIQLAMA

Beynəlxalq siyasətdə rəmzlər və mesajlar bəzən rəsmi danışıqlardan daha çox şey izah edir. ABŞ-ın sabiq prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumundakı çıxışından sitatı şəxsi sosial şəbəkə hesabında paylaşması, sadəcə nəzakətli bir jest deyil, arxa planında daha dərin geosiyasi niyyətləri əks etdirən simvolik addımdır.

Bu paylaşım, ABŞ və Azərbaycanın qarşılıqlı əlaqələrinin yenidən formatlandığı bir mərhələyə daxil olduğunu göstərir. Qlobal güclər arasında artan rəqabət fonunda Vaşinqtonun Cənubi Qafqazda etibarlı tərəfdaş axtarışı və Azərbaycanın strateji mövqeyi, bu münasibətləri əvvəlkindən daha önəmli və zəruri edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından sitatı şəxsi sosial media hesabında paylaşması beynəlxalq ictimaiyyət və siyasi dairələrdə maraqla qarşılandı:

“Prezident Əliyev çıxışında Trampın prezidentliyi dövründə heç bir müharibəyə başlamamasını və ailə dəyərlərinə sadiqliyini təqdirəlayiq hal kimi qiymətləndirmişdi.

Trampın bu çıxışı öz platformasında paylaşması yalnız diplomatik nəzakət jesti kimi dəyərləndirilə bilməz. Bu addım, eyni zamanda daha geniş geosiyasi və strateji niyyətlərin təzahürü kimi qəbul edilməlidir.

Mövcud mərhələdə Azərbaycan–ABŞ münasibətləri yeni bir dinamikaya daxil olub. Vaşinqtonda ölkəmizin və ümumilikdə türk dünyasının əleyhinə atılan bəzi addımlar olsa da, bu, ikitərəfli münasibətlərin inkişafına ciddi maneə yarada bilməz. Artan regional əhəmiyyət, enerji təhlükəsizliyi və geostrateji mövqe fonunda ABŞ-Azərbaycan tərəfdaşlığının güclənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.

Bu kontekstdə Trampın paylaşımı həm siyasi siqnal, həm də ictimai diplomatiyanın incə nümunəsi kimi dəyərləndirilə bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
176
50
editor.az

10Источники