“Ankara Zəngəzur dəhlizinin açılmasına yardım etməyə çalışır”.
Referans xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ilə bağlı lazımi müzakirələri davam etdirir.
“İnanıram ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq. Beləliklə, türk dünyasına daha qısa yol açılacaq”, – nazir qeyd edib.
O əlavə edib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir:
“Azərbaycan həm quru, həm də dəmir yolu kommunikasiyaları üzrə işləri davam etdirir. Qars-İğdır-Naxçıvan xəttində də bu il işlərə başlayacağıq”, – Uraloğlu vurğulayıb.//Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта