Azərbaycan futbol klubları üçün bu həftə avrokuboklarda uğurlu alındı.
Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz 4 görüşdə 3 qələbə qazandı və 1 heç-heçə etdi.
Bu gün meydana çıxan "Sabah" və "Araz-Naxçıvan" qələbə qazanaraq Azərbaycana daha 0.500 reytinq xalı qazandırıb. Bu nəticələrlə birlikdə xalımız 18.125 olub.
Azərbaycan bu xalla 29-cu yerdədir. Bizdən öndəki Ukrayna (18.225) ilə cəmi 0.100 xal fərqimiz qalıb.
Əlavə edək ki, cari mövsüm 18.299 reytinq xalı olan Rusiyanı böyük ehtimalla geridə qoyacağıq. Onların klubları avrokuboklarda iştirak etmədiyi üçün xalını artıra bilmirlər.