BAKI, 24 iyul. TELEQRAF
UEFA Konfrans Liqasının (KL) II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Teleqraf xəbər verir ki, “Araz Naxçıvan”ın KL-in III təsnifat mərhələsində potensial rəqiblərinin- "Omoniya" (Kipr) - "Torpedo Kutaisi" (Gürcüstan) oyununda meydan sahibləri 1:0 hesabı ilə üstün olublar.
Qeyd edək ki, “Araz Naxçıvan” KL-in II təsnifat mərhələsinin ilk oyununda Bakıda Yunanıstan "Aris"ini 2:1 hesbabı ilə məğlub edib. Azərbaycan klubu mərhələni keçsə, "Omoniya" - "Torpedo Kutaisi" cütünün qalibi ilə qarşılaşacaq.