Bakı. Trend:
"Yuventus" klubu Portuqaliyanın "Portu" komandasının müdafiəçisiJoao Mario Netonun transferini rəsmən açıqlayıb.
Trend xəbər verirki, tərəflər 2030-cu ilə qədər müddəti əhatə edən müqaviləimzalayıblar.
Transferin məbləği 11,4 milyon avro təşkil edir və bu məbləğ 4il ərzində ödəniləcək. Bundan əlavə, Turin təmsilçisi 1,2 milyonavro dəyərində əlavə xərc də çəkib.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi ötən mövsüm Portuqaliyaçempionatında 27 oyunda iştirak edib və 7 məhsuldar ötürmə iləyadda qalıb.