Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. pizza mizza
Xalq artistinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, iyulun 23-də saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Sənətçi dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin edilib.
Telegram kanalımız