RU

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında Anlaşma Memorandumu imzalanacaq

Bakı. Trend:

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriRamin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfəredəcək.

Komitədən Trend-ə bildirilib ki, səfər çərçivəsində Vatikanşəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrəDövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrəDikasteriyası arasında dinlərarası dialoq sahəsində AnlaşmaMemorandumu”nun imzalanması planlaşdırılır.

Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsindədinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişafetdirilməsini nəzərdə tutur. Sənədin imzalanmasında əsas məqsədmədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələriarasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədətəşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfəverməkdən ibarətdir.

İyulun 30-dək davam edəcək səfər çərçivəsində MüqəddəsTaxt-Tacın rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Избранный
61
25
az.trend.az

10Источники