18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının B divizionunda mübarizəyə başlayır.

Offsideplus.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv Rumıniyada yerli komandaya qarşı çıxış edəcək.

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Bundan başqa, yığmamız B qrupunda Ukrayna (26 iyul), Gürcüstan (27 iyul), Portuqaliya (29 iyul) və Danimarka (30 iyul) ilə qüvvəsini sınayacaq.

Qrup mərhələsinin bütün oyunları Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.