Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Kamboca ilə Tailandın sərhədində ardıcıl ikinci gündür ki, artilleriyadan istifadə edilməklə toqquşmalar davam edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, məlumatı Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi Mali Soçxeat da təsdiq edib.
O bildirib ki, hər iki ordu bir-birinin mövqelərini atəşə tutmaq üçün ağır artilleriyadan istifadə edir.
Tailandın Səhiyyə Nazirliyi döyüşlər nəticəsində azı 14 mülki vətəndaşın və bir əsgərin həlak olduğunu, 46 nəfərin isə yaralandığını bildirib.
Mətbuat isə yazır ki, Kamboca və Tailand ordusu arasında artan toqquşmaların fonunda hər iki ölkənin sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə təxliyə olunublar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.