Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda vaxtı keçmişkreditlərin məbləği 527,4 milyon manat olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə75,7 milyon manat (16,8%), may ayının sonu ilə müqayisədə isə 19,1milyon manat (3,8%) çoxdur.
Belə ki, ötən ilin sonunda Azərbaycanda vaxtı keçmiş kreditlərinməbləği 451,7 milyon manat, may ayının sonunda isə 508,3 milyonmanat olmuşdu.
Qeyd edək ki, hesabat ayında bankların kredit portfeli 0,3% vəya 85,6 milyon manat artaraq, 28,472 milyard manat olub. Kreditportfelinin strukturunda biznes kreditləri 53,2% (15,144 milyardmanat), istehlak kreditləri 31,3% (8,898 milyard manat) və ipotekakreditləri 15,5% (4,430 milyard manat) yer tutub.