“Biz riski funksiyaların həyata keçirilməsində yox, icarənin özündə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi”,- Yeqoyan bildirib.
![]() |
Hərbi parad ABŞ-yə 30 milyon dollara başa gəlib| VİDEO |
Xatırladaq ki, bir gün əvvəl İspaniyanın “Periodista Digital” nəşri Ermənistan, Azərbaycan və ABŞ arasında “gizli memorandum”a istinad edərəkNikol Paşinyanın “Tramp körpüsü”nün – Sünik rayonundan (Qərbi Zəngəzur) keçərək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasına razılıq verdiyini yazıb.
Məlumatda nəqliyyat dəhlizinin idarə olunmasının özəl Amerika şirkəti tərəfindən həyata keçiriləcəyi iddia edilirdi.
Sahil İsgəndərov
AzVision.az