ABŞ Dövlət Departamenti Ukraynaya daha 330 milyon dollarlıq hərbi təchizat paketinə razılıq verib.
Ölkə.az Pentaqon məlumatına istinadən xəbər verir ki, hərbi yardım paketinə artilleriya və hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələri və təmir xidmətləri daxildir .
Belə ki, paketə ümumi dəyəri 150 milyon ABŞ dolları olan M109 özüyeriyən haubitsalarının texniki xidməti, təmiri və əsaslı təmiri üzrə mühüm imkanlar, həmçinin Ukraynanın hava hücumundan müdafiəsi üzrə 180 milyon dollar dəyərində xidmətlər daxildir.
Qeyd olunur ki, müvafiq xidmət və materialları Ukraynaya Amerikanın BAE Systems, Allison Transmission, Daimler Truck North America, Sierra Nevada Corporation, Radionix və Systems Electronic Export müdafiə şirkətləri təqdim edəcək.
Mürtəza