Ağdaş rayonunda bədbəxt hadisə baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü Nurlan Bayramov Yuxarı Qəsil kəndinin ərazisində yerləşən evdə təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində damdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş N.Bayramovun vəziyyəti ağırdır.