Son altı ildə Azərbaycan böyük dəyişikliklərə məruz qalıb.
“Report”un məlumatına görə, bunu İsrailin səfiri Corc Dik bildirib.
"Bu dövr Azərbaycan və İsrail, ölkələrimiz arasındakı tərəfdaşlıq üçün tarixi dəyişikliklər illəri olub", - o bildirib.
Səfir vurğulayıb ki, azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq onun üçün şərəfdir: “Şuşanı, Füzulini, Kəlbəcəri görmək mənim üçün şərəf idi".