RU

Bank sektoru əvvəlki kimi qazana bilmir - Mənfəətdə 6%-dən çox azalma

Azərbaycanın bank sektoru bu ilin ilk yarısında 576,6 milyon manat xalis mənfəət əldə edib.

Hurriyyet.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır.

İlin ilk yarısında bankların əməliyyat gəlirləri 18,5% artaraq 3, 27 milyard manat, əməliyyat xərcləri isə 27,2% artaraq 2,36 milyard manat təşdil edib. Nəticədə əməliyyat mənfəəti 576,6 milyon manata bərabər olub. Başqa sözlə, son bir ildə sektorun əməliyyat mənfəəti 34% və ya 298,9 milyon manat azalıb.

Sektorun xüsusi ehtiyatlara ayırmaları 204,4 milyon manat (19,3 % çox), gözlənilməz gəlirləri 0,5 milyon manat (79,2 % az), mənfəət vergisi ödəmələri isə 134,1 milyon manat (8,05 % çox) manata bərabər olub.

Избранный
55
3
hurriyyet.az

4Источники