ABŞ beynəlxalq sanksiyaları pozaraq Şimali Koreyanın qanunsuz gəlir əldə etmə cəhdlərinə dəstək verən Şimali Koreyanın 1 şirkətinin və 3 vətəndaşının sanksiyalar siyahısına əlavə olunduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamaya görə, sanksiyalara məruz qalan şirkətin Şimali Koreya adından gəlir əldə etmək üçün Vyetnam da daxil olmaqla müxtəlif ölkələrə informasiya texnologiyaları (IT) mütəxəssisləri göndərən və Pxenyandakı nüvə proqramına dəstək verən “Korea Sobaeksu Trading Company” olduğu bildirilib.
Həmçinin bu şirkətlə əlaqəli olan Kim Se Un , Jo Kyong Hun və Myong Chol Min adlı Şimali Koreya vətəndaşlarının da sanksiya tətbiq edilən şəxslər arasında olduğu açıqlanıb.
Sanksiyalara daxil edilən qurum və şəxslərin varlıqlarının dondurulduğu və onlara qarşı ticarət məhdudiyyətlərinin tətbiq edildiyi bildirilib.
Həmçinin ABŞ Ədliyyə Nazirliyinin saxta siqaret qaçaqmalçılığı vasitəsilə beynəlxalq sanksiyaları pozan 7 Şimali Koreya vətəndaşına qarşı ittiham aktlarını tamamladığı xatırladılıb.
ABŞ Dövlət Departamentinin isə bu şəxslərin tutulmasına kömək edəcək məlumatlar müqabilində Sərhədaşırı Təşkilatlanmış Cinayətkarlıq Mükafat Proqramı çərçivəsində 500 min dollardan 7 milyon dollara qədər mükafat təklif etdiyi qeyd olunub.