RU

Bu ölkədə işə getmək istəməyənlərin müalicəsi üçün yeni klinika yaradıldı

Çində işə getmək istəməyənləri müalicə etmək məqsədilə klinika yaradılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Hebey vilayətində açılan xəstəxana ölkə daxilində maraq doğurmaqla yanaşı, həm də müzakirələrə səbəb olub.

Yeni tibb mərkəzi işlə bağlı yorğunluq, psixi depressiya, emosional qeyri-sabitlik və həyatın mənasız olduğunu düşünən böyüklərə ixtisaslaşdırılmış yardım göstərmək məqsədi daşıyır.

Klinika direktoru və yuxu psixologiyası şöbəsinin müdiri Yue Limin dediyinə görə, bu innovativ ideya ilkin olaraq uşaqlar üçün açılan "Məktəb getmək istəməmək klinikası"ndan yaranıb.

Klinika işçiləri hər bir xəstəyə fərdi yanaşma təklif edir: söhbət, ümumi qiymətləndirmə, psixoloji diaqnostika və laboratoriya testləri. 

Müalicə prosesinə koqnitiv terapiya, məşhur Çin və Qərb psixoloji üsulları, fitoterapiya daxildir və hətta yuxu rejiminə xüsusi diqqət yetirilir.

Sosial şəbəkə istifadəçiləri bu cür klinikaların dünyanın hər yerində açılmasının vacib olduğunu düşünür. Bununla belə sözügedən yeniliyi zarafata salanlar da olub.

“Artıq işə getməməyin tibbi bir əsası var”, “xəstəlik hissi-yeni trend” və s. şərhlər yazılıb.

Billurə Yunus

Избранный
41
olke.az

1Источники