Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə yayımlanan "İcma gündəliyi" verilişinin növbəti buraxılışı efirdə olub.
QHT.az xəbər verir ki, verilişin aparıcısı Lamiyə Rövşənqızı, studiyanın qonağı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə olub.
Verilişdə Qərbi Azərbaycanın maddi və mənəvi irsi ilə bağlı yeni veb-saytın istifadəyə verilməsi xəbəri ictimaiyyətə çatdırılıb. Saytın məqsədi Qərbi Azərbaycanda mövcud olmuş tarixi, mədəni irsin toplanması, qorunması və beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.
Cəsarət Hüseynzadə çıxışında bildirib ki, Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir və bu mövzuda vətəndaş cəmiyyətinin aktivliyi mühüm əhəmiyyət daşıyır:
"Vətəndaş cəmiyyəti hər zaman prioritet məsələlərdə öndə olmalıdır, bunu özünə borc bilməlidir. Hazırda ölkəmiz üçün vacib olan məsələ Qərbi Azərbaycan məsələsidir. Zaman-zaman köçlərə və etnik təmizləmələrə məruz qalmış xalqımızın tarixi gerçəklərini dünya ictimaiyyətinə çatdırmağın vaxtıdır. Birliyin bu istiqamətdə həyata keçirdiyi layihələr artıq ötən ildən etibarən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunmağa başlayıb".
Ətraflı videoda: