RU

'Nyukasl' İsakı satmaq niyyətində deyil

"Nyukasl Yunayted"in isveçli hücumçusu Aleksander İsakın gələcək taleyi klubun İdarə Heyətinin sədri və eyni zamanda Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondunun (PIF) rəhbəri olan Yasir əl-Rumeyyanın qərarından asılıdır.

90deqiqe.Az-ın "Telegraph Football"a istinadən verdiyi məlumata görə, "Liverpul" da daxil olmaqla bir sıra Avropa nəhəngləri və Səudiyyə Ərəbistanı klublarının artan marağına baxmayaraq, "Nyukasl" rəhbərliyi prinsipial mövqe sərgiləyir: İsak klubun uzunmüddətli layihəsinin əsas fiqurlarından biri hesab olunur və transferə çıxarılmayıb.

Qeyd olunur ki, futbolçunun mövcud müqaviləni uzatmaqdan imtina etməsi onun mümkün gedişi ilə bağlı şayiələri daha da gücləndirib.

Избранный
60
90deqiqe.az

1Источники