RU

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib  

Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun İtaliyaya rəsmi səfəri Fransa mətbuatında geniş müzakirə olunub və bu səfər xarici siyasətdə yeni bir kritik mərhələnin başlanğıcı kimi dəyərləndirilib. Bu münasibətlər Fransa ilə Əlcəzair arasındakı dərin böhran fonunda İtaliyanın rolunu daha da mühüm edərək önə çıxarıb.

AZƏRTAC xəbər verir ki, Prezident Əbdülməcid Tebbun üç il ərzində İtaliyaya ikinci dəfə rəsmi səfər edib və Prezident Sergio Mattarella və Baş nazir Ciorcia Meloni tərəfindən böyük protokol dəqiqliyi ilə qarşılanıb. Bu səfər çərçivəsində enerji, sənaye, kənd təsərrüfatı, təhlükəsizlik, miqrasiya və digər sahələrdə çox sayda əməkdaşlıq anlaşması və memoranduma imza atılıb.

Fransanın reaksiyası gecikməyib və bu səfərlə bağlı narahatlıq, kəskin tənqid səsləndirilib.

Fransada sağçı və radikal sağ mətbuat nümayəndələri bu ziddiyyətli vəziyyəti “çox alçaldıcı” kimi qiymətləndirirlər. Lui dö Ragenel “Europe 1” kanalında bununla bağlı bildirib: “Bu, dövlət səfəri idi. Tamamilə protokola uyğun və bizə qarşı heç bir qorxu hiss etmədən həyata keçirildi”. O əlavə edib ki, Meloni bunu edə bilirsə, deməli Fransanı hələ də ciddi qəbul etmir.

Bernard Koen Hadad isə bu səfəri Fransa diplomatiyasına vurulmuş zərbə adlandırıb: “Bu, Meloni tərəfindən Fransanın diplomatik ünvanına bir şillədir”.

Daxili İşlər Nazirliyində miqrasiya üzrə nümayəndə Patrik Stefani Fransa-Əlcəzair böhranında məsuliyyətin Emmanuel Makronun qərarları, xüsusilə Saxaraya dair fransız mövqeyi ilə bağlı olduğunu vurğulayıb.

Mütəxəssislərin fikrincə, İtaliya bu səfərlə yalnız Əlcəzairi deyil, bütövlükdə Avropanı hədəf alan strateji tərəfdaş kimi çıxış edir. Roma, Əlcəzair–Avropa əlaqələrinin əsas qovşağına çevrilməyi qarşısına məqsəd qoyub. Maraqlıdır ki, Avropa İttifaqının əksər üzvlərindən fərqli olaraq, İtaliya Saxara məsələsində Mərakeşin mövqeyini dəstəkləmir.

Səfər çərçivəsində iki ölkə arasında ən mühüm müqavilələrdən biri beynəlxalq “Sonatrach” və “ENI” şirkətləri arasında imzalanan 1,3–1,35 milyard dollarlıq hidrokarbon layihəsidir. Bundan başqa, “Algérie Telecom” və “Telecom Italia Sparkle” arasında Avropaya və Afrikaya informasiya ötürəcək sualtı kabel müqaviləsi bağlanıb.

İtaliyanın 2024–2025-ci illərdə Əlcəzairin əsas ticarət tərəfdaşına çevrilməsi, ticarət dövriyyəsinin 14 milyard avroya çatması və sərmayələrin 8–8,5 milyard avro səviyyəsində olması bu yaxınlaşmanın göstəricisidir.

Bu səfər Fransa ilə Əlcəzair arasındakı münasibətlərdə dərin böhran və çatışmazlıqları üzə çıxarır. Əlcəzair məsələsi Fransada “Əlcəzair vəsvəsəsi” kimi xarakterizə olunur və bu mövzu xüsusilə sağçı siyasi dairələrin açıq düşmənçilik nümayiş etdirən siyasətlərini daha da gücləndirib.

İtaliya isə daha praqmatik, strateji və regional iqtisadiyyatyönümlü yanaşma nümayiş etdirir, Avropanın enerji və miqrasiya siyasətləri fonunda açıq təzahür edir.

Bu kritik dönüş nöqtəsi Avropa tərəfdaşlıq məsələlərində Fransa ilə İtaliya arasında yeni rəqabət və diplomatik dinamikanın yaranmasına səbəb olur.

Избранный
33
azerbaijan-news.az

1Источники