ABŞ-nin Nyu-Meksiko Universitetinin tələbə şəhərciyində (kampus) atışma baş verib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə universitet rəhbərliyi məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Bildirilib ki, şübhəli şəxs hələ də azadlıqdadır və kampus ərazisində gizlənə bilər. Bu səbəbdən universitet rəhbərliyi tələbələrə təhlükəsiz yerə sığınmağı tövsiyə edib.