“Mən səni incitmək istəmirəm” ifadəsi münasibətə son qoymaq üçün ciddi səbəbdir”.
News24.az medianews.az-a istinadla xəbər verir ki, bunu avstraliyalı münasibətlər üzrə təlimçi Luanna Uord deyib.
Onun sözlərinə görə, “Mən səni incitmək istəmirəm” deyən şəxs əslində etiraf edir ki, sənin ona olan hisslərindənsə, onun sənə olan hissləri daha azdır.
“Həmin şəxs bilir ki, onun sizə qayğı göstərməsi, sizin ona qayğı göstətərdiyinizdən daha daha azdır. Və bu ona gələcəkdəki pis davranışlarına haqq qazandırmaq üçün zəmin yaradır”, – deyə o bildirib.