RU

Avropa İttifaqı Ukraynaya maliyyə yardımını dayandıra bilər

BAKI, 25 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) bu il Ukraynaya maliyyə yardımının dördüncü tranşını tam şəkildə ayırmamaq qərarına gələ bilər. Səbəb kimi Ukrayna tərəfindən nəzərdə tutulan islahatların hamısının yerinə yetirilməməsi göstərilir.

Teleqraf xəbər verir ki, bu barədə “European Pravda” nəşri Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersierə istinadla məlumat yayıb.

“Əgər bütün göstəricilər yerinə yetirilsə və 16 islahat tam icra olunsa, Ukrayna 4,5 milyard avro alacaq”, - deyə Mersier bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası bu islahatlardan yalnız 13-nü tamamlanmış hesab edir.

Bu səbəbdən Avropa Komissiyası Aİ Şurasına Ukraynaya yalnız 3,05 milyard avro məbləğində ödənişin həyata keçirilməsini təklif edib.

Qeyd edək ki, bundan öncə Avropa Parlamentinin danimarkalı deputatı Kristel Şaldemoza da Ukraynada korrupsiyaya qarşı mübarizə institutlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə etmişdi. O bildirmişdi ki, əgər Kiyev bu sahədəki problemləri aradan qaldırmasa, bu, Ukraynanın Aİ-yə üzvlük prosesi və maliyyə dəstəyi üçün ciddi nəticələr doğura bilər.

Избранный
97
20
teleqraf.com

10Источники