"Samsung" yeni qatlana bilən flaqman smartfonlarının uğurlu satış nəticələri ilə öyünür.
Redaktor.az xəbər verir ki, bu barədə ixtisaslaşmış “SamMobile” nəşri məlumat yayıb.
İyulun əvvəlində şirkət Galaxy Z Fold 7 və qapaqlı Galaxy Z Flip 7 modellərini təqdim edib. Media nümayəndələri "Samsung"un ən son modellərinin yüksək satış göstəriciləri barədə yaydığı hesabatı xüsusi diqqətlə izləyiblər.
Korporasiya konkret satış rəqəmlərini açıqlamasa da, Avropa bazarında Galaxy Z Fold 7 üçün ilkin sifarişlərin əvvəlki modellə müqayisədə 50 faiz artdığını bildirib. Şirkət qeyd edib ki, istifadəçilər arasında “premium forma faktoru və yüksək performansa” olan tələbat artmaqdadır.
Aytəkin TOFİQQIZI