RU

Naxçıvan reysi üç saata yaxındır yubanır - AZAL-dan açıqlama/Yenilənib

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2267 reysi gecikir. Bu barədə Hava Limanında olan sərnişinlər anews.az-a bildiriblər.

Hava limanında təxminən 200 sərnişin gözləyir. Sərnişlər uçuşun nə zaman bərpa olunacağını açıqlanmadığını deyirlər.

Bakı-Naxçıvan reysi 18:50-də havaya qalxmalı idi.

Məsələ ilə bağlı Azərbaycan Hava Yollarından(AZAL) anews.az-ın sorğusuna cavab olaraq bildrilib ki, təyyarənin yubanma səbəbi texniki səbəblə bağlıdır. 

Gülnar

Избранный
9
2
anews.az

3Источники