RU

Netanyahu: Girovların azadlığı üçün HƏMAS əngəldir, alternativ axtarırıq

İsrail HƏMAS-ın əsir saxladığı girovların geri qaytarılması üçün alternativ variantlar nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın girovların azad edilməsi üzrə razılaşmanın qarşısında əsas maneə olduğunu bildirib. O, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun bəyanatına münasibət bildirərkən deyib.

“Stiv Uitkoff tamamilə haqlıdır. HƏMAS girovların azad olunması üzrə razılaşmanın qarşısındakı əsas maneədir. ABŞ-dakı müttəfiqlərimizlə birlikdə girovlarımızı evə qaytarmaq, HƏMAS-ın terrorçu hakimiyyətinə son qoymaq və İsrailin, eləcə də bütün regionun davamlı sülhünü təmin etmək üçün alternativ variantlar üzərində çalışırıq,” – deyə Netanyahu bəyan edib.

Natiq Səlim,
KONKRET.az

Избранный
31
1
konkret.az

2Источники