RU

Tər qoxusuna qarşı TƏBİİ HƏLL

News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.

Himalay və ya dəniz duzundan hazırlanan tuz sabunu, tamamilə minerallarla zəngin olduğu üçün kimyəvi əlavələrdən azaddır. Antibakterial xüsusiyyətləri sayəsində dərini dərindən təmizləyir, məsamələri açır və yağ balansını tənzimləyir.

News24.az xəbər verir ki, tuz sabunu, tər qoxusuna səbəb olan bakteriyaların yaranmasının qarşısını alaraq pis iyin mənbəyini aradan qaldırır və uzunmüddətli təravət təmin edir. Eyni zamanda ölü dəri hüceyrələrini təmizləyərək dərinin daha parlaq və təzə görünməsinə kömək edir.

Sivilcə və aknədən əlavə, ekzema, göbələk və sedef kimi dəri xəstəliklərinin simptomlarını azaldır, qaşınma və qızartını sakitləşdirir. Dərinin nəmliyini qoruyaraq quruluğun qarşısını alır və dəri tonundakı bərabərsizliyi aradan qaldırır.

Təbii olsa da, tuz sabununun istifadəsi zamanı dəri tipinə diqqət yetirilməlidir. Xüsusilə həssas dəriyə malik şəxslərin istifadədən əvvəl dermatoloq məsləhəti alması tövsiyə olunur.

Təbii və sağlam dəri baxımı axtaranlar üçün tuz sabunu effektiv və çoxfunksiyalı seçim olaraq diqqət çəkir.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
news24.az

2Источники