RU

HƏMAS Trampın bəyanatlarına təəccübləndi

HƏMAS-ın xaricdəki yüksək vəzifəli nümayəndəsi Tahir ən-Nunu ərəb telekanallarına verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın bəyanatlarına təəccübləndiklərini bildirib.

KONKRET.az xəbər verir ki, o qeyd edib ki, HƏMAS vasitəçilərin səylərinə müsbət yanaşırdı və bu fonda Trampın açıqlamaları tamamilə gözlənilməz olub. Onun sözlərinə görə, hazırkı mərhələdə danışıqlarda müəyyən irəliləyiş müşahidə olunurdu və ABŞ-ın sərgilədiyi mövqe bu kontekstdə anlaşılan deyil.

Ən-Nunu həmçinin bildirib ki, HƏMAS danışıqları davam etdirməyə hazırdır və münaqişəyə son qoyacaq razılaşmanın əldə olunmasında israrlıdır. O əlavə edib ki, əsirlərlə bağlı məsələ hələ müzakirəyə çıxarılmayıb və bu məsələyə gələn həftə baxılması planlaşdırılırdı.

Natiq Səlim,
KONKRET.az

Избранный
44
1
konkret.az

2Источники