Keçmiş UFC çempionu Konor Makqreqor bu dəfə bikinili qadınla fotolarına görə yenidən qalmaqalın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Konor Florida ştatının Fort Lauderdeyl çimərliyində istirahət edərkən qaraşın bir qadınla qucaqlaşarkən görüntülənib.
Pərəstişkarlarını daha çox təəccübləndirən Konorun 16 ildən artıqdır birlikdə olduğu və 4 övladı olan nişanlısı Di Devlini aldatdığına görə sərt şəkildə tənqid edilən “İnstaqram” paylaşımını bəyənməsi olub. Onlar döyüşçünü “bütün ittihamlar və qalmaqallarda yanında olan qadına etinasızlıq göstərdiyinə” görə qınayıblar.
Maraqlıdır ki, başqa bir qadınla fotosunun yaılmasına baxmayaraq, Di Devlin açıqlama verməyib. Əvəzində o, Makrqorun ad günündə çəkilmiş bir neçə foto yerləşdirərək, müsbət sözlər yazıb.