RU

Saratovdakı partlayışda ölənlərin sayı artdı

Rusiyanın Saratov vilayətində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, xilasedicilər beton qalıqlar altından daha bir cəsəd aşkar ediblər.

Məlumata görə, beton plitələrin altında daha dörd nəfərin – üç böyük və bir uşağın qaldığı ehtimal olunur.

Qeyd olunub ki, hadisə yerində xilasedicilər işləyirlər. 

Избранный
80
3
qafqazinfo.az

4Источники