Ölkəmizin böyük kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə son illər taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Cari ilin məhsulu üçün rayon üzrə 14 min 224 hektarda taxıl, 60 hektarda vələmir əkilmişdir ki, onun da 7 min 366 hektarı suvarılan, 6 min 858 hektarı dəmyə sahələridir. Ötən il yüksək məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərmiş, bitkiyə vaxtında mineral və üzvi gübrələr vermiş, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görmüşlər.
Artıq rayonda suvarılan torpaq sahələrində taxıl yığımı başa çatmaq üzrədir. Əldə etdiyimiz son məlumata görə, hər hektarın məhsuldarlığı nəzərdə tutulduğundan çox – 38 sentnerdir. Amma biçin tam başa çatmadığından bu göstəricini son nəticə hesab etmək olmaz.
S.YUNİSOĞLU,
“Azərbaycan”