RU

Şamaxıda COP29-dan COP30-a körpü

İyulun 23-24-də Azərbaycanın təşkilatçılığı və ev sahibliyi ilə, eləcə də COP30 sədri kimi Braziliya ilə əməkdaşlıq çərçivəsində Şamaxıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrləri, eləcə də UNFCCC-yə tərəf olan bəzi dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinin ikinci qeyri-rəsmi Şamaxı toplantısı keçirilib.

Məclisdə 34 ölkə və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib. Dövlətlər nazir, nazir müavini, prezidentlərin iqlim üzrə elçiləri, UNFCCC danışıqlar qruplarının və tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksəksəviyyəli formatlarda təmsil olunub.

Keçən ilin iyul ayında eyni formatda keçirilmiş birinci Şamaxı toplantısının COP29-un qərarlarının qəbuluna verdiyi mühüm töhfə diqqətə alınaraq, eyni formatın cari ildə də davam etdirilməsinə qərar verilib. Builki Şamaxı toplantısının mövzusu da keçən il olduğu kimi iqlim danışıqlarının gündəliyində olan əsas istiqamətlərə və Azərbaycanla Braziliyaya COP29-da verilmiş birgə mandata uyğun olaraq iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına qaldırılması ilə bağlı “Bakıdan Belemə 1,3 Trilyon Yol Xəritəsi” sənədinin hazırlanmasına fokuslanıb.

Toplantının açılış mərasimində COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və COP30-un baş danışıqçısı səfir Liliam Çaqas çıxış ediblər.

XQ

Избранный
8
4
xalqqazeti.az

10Источники